Xəbərlər

Hasaim Cəlal: “Misirdə baş verənlər xalqın iradəsinin və qüdrətinin nəticəsi idi”
14 avqust, 2013 22:24

Misirdə baş verən son dəyişikliklər xalqın iradəsinin və qüdrətinin nəticəsidir.

ERtv xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkiliHasaim Cəlal keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2011-ci ilin yanvarında Misir xalqı yaxşı gələcək tələbi ilə etirazlara başladı. Həmin hadisələr zamanı Misir ordusu xalqın iradəsinə hörmətlə yanaşaraq, keçmiş hakimiyyəti uzaqlaşdırmağa nail oldu. Bununla da yeni mərhələnin əsasını qoydu.

Diplomat deyib ki, ölkədə keçirilən prezident seçkilərində hakimiyyətə gələn “Müsəlman qardaşlarının” nümayəndəsi Məhəmməd Mursi xalqın ümidlərini doğrultmadı:

“Misir xalqı müsbət dəyişikliklərə ümid edirdi. Amma ötən dövr ərzində xalq anladı ki, onun tələbləri yerinə yetirilməyib. Həmin dövrdə Misir xalqı düzgün olmayan siyasətlə qarşılaşdı. Misirdə kasıbçılığın səviyyəsi artdı, dövlət qurumlarında yalnız Mursinin öz kadrları çalışmağa başladı”.

Onun sözlərinə görə, baş verənlər demokratiya ilə heç bir uyğunluğu yox idi:

“Mursi hakimiyyəti xarici dövlətlər, xüsusilə dost ərəb ölkələri ilə əlaqələrin inkişafını dayandırmışdı. Xalq başa düşdü ki, Mursi hökumətinin siyasəti uğursuz olub, ölkənin xarici və daxili siyasəti Prezident Aparatında deyil, “Müsəlman qardaşlarının” qərargahında həll olunur. Bütün bunlar isə xalqın qəzəbinə səbəb oldu. Ona görə də xalq bu ilin iyun ayında yenidən küçələrə axışdı və bu siyasətə öz etirazını bildirdi. Bütün bunlar isə Misir xalqının iradəsinin və  qüdrətinin nəticəsi idi. Xalqımızın iradəsi qırılmayıb və heç vaxt da qırılmayacaq”.

H.Cəlal Misir ordusunun xalqın iradəsinə hörmətlə yanaşdığını və 25 yanvar inqilabında verdiyi dəstəyi 30 iyunda yenidən təkrarladığını xatırladıb.

O deyib ki, hazırda Misirdə demokratiyanın inkişafı üçün “yol xəritəsinin” hazırlanmasına başlanılıb:

“Bu sənəd qanunun aliliyinin təmin olunmasını, yaxın 3-4 ay ərzində yeni Konstitusiyanın hazırlanmasını, 4-5 ay ərzində parlament seçkilərinin keçirilməsini, 9 aydan gec olmayaraq prezident seçkilərinin keçirilməsini nəzərdə tutur”.

H.Cəlal ölkədə baş verən hadisələrin turizm zonalarından uzaq olduğunu və həmin ərazilərdə təhlükəsizliyin təmin edildiyini, turistlər üçün təhlükənin olmadığını deyib.

Diplomat sabiq prezident Məhəmməd Mursinin tərəfdarlarının oturaq aksiya keçirməsinə də münasibət bildirib:

“Həmin aksiyaçılar arasında silahlı şəxslər də var, hökumət qoşunları bu səbəbdən hərdən nümayişləri dağıtmaq üçün gecə əl atmağa məcbur olur. Nümayişlərin dağıdılması qərarı Misir qanunlarına uyğundur və bu proses qanun çərçivəsində, heç bir zorakılığa yol verilmədən həyata keçirilir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.