Xəbərlər

Türkiyəli məşhur sənətçi Tovuzda bayram konserti verib
12 avqust, 2013 21:01

Türkiyənin tanınmış sənətçisi, “Ah Karabağ” əsərinin müəllifi və ifaçısı Başkal Azərbaycana gəlib.

ERtv xəbər verir ki, sənətçi Azərbaycana millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və “12 May Group”un dəvəti ilə gəlib.

Başkal “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində “Birlik və bərabərlik” adı altında Ramazan bayramı münasibətilə konsert proqramı ilə ilk öncə ön cəbhə rayonlarından olan Tovuzda çıxış edib.

Sənətçi səhnəni əməkdar artist Elza Seyidcahanla bölüşüb. Konsertdə millət vəkilləri Qənirə Paşayeva, Etibar Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, “N” saylı hərbi hissənin polkovniki Mayıs Bərxudarov, “12 May Group”un təsisçisi Hacı Səbuhi Rəcəb və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib, hər kəsə bütün dualarına çatmalarını diləyib:

“Bizim hamımızın dualarımızda ölkəmizin stabilliyi, onun daha da inkişafı, millətimizlə bağlı ən gözəl arzular xüsusi yer tutub. Hamımıza bu istiqamətdə dualarımıza çatmağımızı diləyirəm.

İnşallah gələn tədbiri və bayramı ümummilli lider Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin vətəndaşları, qardaş-bacıları olaraq birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”.

Türk müğənnisi Başkal Azərbaycana və azərbaycanlılara olan sevgisini bir daha ifadə edib, şəhidlərin ruhu qarşısında baş əydiyini söyləyib.

Azərbaycanda olmaqdan məmnun olduğunu, Azərbaycanı özünə vətən hesab etdiyini deyən türkiyəli sənətçi daha sonra çıxışını vətənpərvərlik musiqilərinin ifası ilə davam etdirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.