Xəbərlər

“Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi yekunlaşıb
12 avqust, 2013 20:56

“Konstitusiya” Araşdırmalar Fondu və “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən keçirilən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsinin yekunlarının və gender siyasətinin həyata keçirilməsi ilə bağlı hazırlanmış təkliflərin təqdimatı keçirilib.

ERtv xəbər verir ki, tədbirdə yerli QHT-lərin, beynəlxalq təşkilatların nümayəndələri, hüquqşünas ekspertlər, KİV təmsilçiləri iştirak ediblər.

“Kounterpart İnterneşnl” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri İlqar Ağasıyev bildirib ki, layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə “Kounterpart İnterneşnl” təşkilatı tərəfindən icra olunan “Qadın iştirakçılığı proqramı” çərçivəsində həyata keçirilib:

“Bu proqram çərçivəsində 5 koalisiya formalaşıb və uğurlu layihələr həyata keçirilib. 1 il 8 ay müddətində həyata keçirilən layihələr BMT-nin “Qadınlara qarşı bütün növ ayrı-seçkiliyin qarşısının alınması üzrə Konvensiyası” (CEDA BMT-nin “Qadınlara qarşı bütün növ ayrı-seçkiliyi qarşısının alınması üzrə Konvensiyası” (CEDAW), qadın hüquqlarının qorunması, qadın iştirakçılığının genişləndirilməsi ilə bağlı məsələlərin gündəliyə gətirilməsi, müzakirəsi, ictimai diqqətin bu problemlərə yönəldilməsi baxımından əhəmiyyətli töhfələr veriblər”.

İ.Ağasıyevin sözlərinə görə, xüsusən layihələrin icrası KİV-in bu məsələlərə diqqətinin artmasına səbəb olub.

Həmçinin, CEDAW Konvensiyası barədə məlumatlılığın artması müşahidə edilir. Onun sözlərinə görə, layihə çərçivəsində regionlarda ictimai dinləmələrin keçirilməsi, təlimlər, sosial çarxın çəkilməsi, bülletenlərin nəşri və saytın yaradılması, alternativ hesabatın hazırlanması və digər fəaliyyətlər də bu istiqamətdə öz təsirini göstərib.

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova layihə fəaliyyətləri və yekunlar barədə məlumat verib. O bildirib ki, layihənin məqsədi cəmiyyətdə qadınların aktiv sosial qrup kimi formalaşması üçün BMT-nin “Qadınlara qarşı bütün növ ayrı-seçkiliyi qarşısının alınması üzrə Konvensiyasının” (CEDAW) Azərbaycan hökumətinə tövsiyələrinin icrası və təbliği üçün ictimai vəkillik kampaniyasının həyata keçirilməsidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.