Amerikanın casus infrastrukturu birbaşa Moskvada yerləşir.
Bu məlumatlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin əvvəllər “Guardian” qəzetinin saytında dərc olunan açıqlamalarında öz əksini tapıb.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sensasiyalı açıqlama Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2008-ci il tarixli təqdimatında yer alıb. Təqdimatda hər bir internet istifadəçisinə qlobal ümumi nəzarət sisteminin 700 serverinin “Xkeyscore” adlı 700 serverinin olduğu yerlərin xəritəsi var. Bu serverlər dünyanın 150 ölkəsində, eləcə də Moskvada, Kiyevdə və hətta Pekində yerləşir.
NSA-nın təqdimatına əsasən, “Xkeyscore” internet fayllar vasitəsilə yüklənən yaxud göndərilən elektron yazışmalar, internetdə baxılan səhifələr və.s haqqında informasiya əldə etməyə imkan verir.
Təqdimatda bildirilir ki, “Xkeyscore” vasitəsilə 300 terrorçunu zərərsizləşdirmək mümkün olub.
Serverin ABŞ-ın Moskvadakı səfirliyində yerləşə biləcəyi ehtimal olunur.