Bu ilin birinci yarısında BP və onun tərəfdaşları Azərbaycanda davamlı inkişaf layihələrinə 1,44 milyon dollar vəsait xərcləyiblər.
Bu barədə ERtv “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.
Şirkətin davamlı inkişaf layihələrinə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
BP və tərəfdaşları ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklərini bildiriblər.