Xəbərlər

Yelena Vaşşenko: “Ukrayna XİN vətəndaşlarını Dağlıq Qarabağa səfərlərdən imtina etməyə çağırıb”
12 avqust, 2013 20:39

Ukrayna Xarici İşlər Nazirliyi öz vətəndaşlarını səfər etdikləri dövlətlərin qanunvericiliyinə riayət etməyə çağırıb.

ERtv Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya siyasəti departamenti direktorunun müavini Yelena Vaşşenko Azərbaycan XİN tərəfindən 8 Ukrayna vətəndaşının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə görə “arzuolunmaz şəxslər” siyahısına salınmasına münasibət bildirərkən deyib.

O, bildirib ki, Ukrayna XİN-in rəsmi  saytında xarici ölkələrə səyahət edən vətəndaşlar üçün müvafiq tövsiyələr var. Orada Ukraynanın və səfər edilən ölkənin qanunvericiliyinə riayət edilməsinin vacibliyi vurğulanıb. Xaricə səfər edərkən vətəndaşların XİN-in xəbərdarlıqlarını nəzərə almalı olduğunu qeyd edib.

Y.Vaşşenko xatırladıb ki, hələ 2011-ci ilin martında Ukrayna XİN-in saytında Dağlıq Qarabağ regionuna səfərlə bağlı vətəndaşlar üçün tövsiyələr yerləşdirilib və orada ölkə vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ regionuna səfərlərdən imtina etmək tövsiyə olunub.

Xatırladaq ki, bu günlərdə Azərbaycan XİN ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə “persona non qrata” elan edilmiş şəxslərin siyahısını açıqlayıb. Siyahıda müxtəlif ölkələrdən 335 nəfərin adı var.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.