Bu barədə sərəncamı AAMBŞ sədri Q.Rzayev imzalayıb.
ERtv xəbər verir ki, o, həmin sərəncamı AAMBŞ nin Mərkəzi Nəzarət Təftiş Kommissiyasının 30 iyul 2013 cü il tarixli 05 saylı qərarına əsasən imzalayıb. MNTK qərarında qeyd edilir ki, bu il iyulun 12 də Rusiyanın paytaxtı Moskva şəhərində AAMBŞ nin Rusiya Nümayəndəliyinin təsis yığıncaqğı keçirilib.
Yığıncaqda Qalib Hüseynov adlı şəxs nümayəndəliyin sədri seçilib. Eyni zamanda, digər şəxslər də, müxtəlif vəzifələrə təyin edilib. Lakin, təsis yığıncağının keçirilməsi zamanı və iclasın gedişində ciddi nizamnamə pozuntuları baş verib.
Belə ki, həmin təsis yığıncağında iştirak edən şəxslərin əksəriyyəti rəsmi şəkildə AAMBŞ üzv deyillər. Bundan başqa, iclas zamanı iclas iştirakçılarının mandatını təsdiq edən Mandat Kommissiyası yaradılmayıb, təsis yığıncağının iştirakçıları müvafiq mandatla təmin edilməyib və səlahiyyətsiz hesab olunur.
Daha sonra, MNTK nın qərarında bildirilir ki, AAMBŞ nin Rusiya Nümayəndəliyinin yaradılması barədə məsələ AAMBŞ Məclisində müzakirə edilməyib ve bu barədə Məclisin müvafiq qərarı olmayıb.
Bütün bunları nəzərə alaraq, MNTK nın qərarı ilə AAMBŞ Rusiya Nümayəndəliyi səlahiyyətsiz orqan elan edilib.