Xəbərlər

Sabirabadda ağır yol qəzası baş verib
11 avqust, 2013 19:27

Sabirabadda baş verən avtoqəzada 3 nəfər ağır, 2 orta dərəcəli olmaqla 5 nəfər xəsarət alıb

RPŞ-dən ERtv-nin bölgə müxbirinə verilən məlumata görə,  yol qəzası ötən axşam saat 23.50 radələrində  Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayonunun Qaratəpə kənd sakini, 23 yaşlı Cəlil Şahmərdan oğlunun idarə etdiyi “Mitsubishi” marakalı 99-DB -645 dövlət nömrə nişanlı avtomobil rayon mərkəzindən Qalaqayın istiqamətində hərəkətdə olan zaman anidən idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, maşında olan rayonun Qaratəpə kənd sakinləri,  Ağasəfa Əliyar oğlu Adışov, Coşqun Daşqın oğlu Abdullayev, Ayaz Həsənağa oğlu Əhmədov, Kənan Əliyar oğlu Abasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 Yaralılardan maşının sürücüsü Şirvan, digərləri isə Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisənin baş verməsinə gəldikdə isə ilkin ehtimallara görə, sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.   

Faktla bağlı Sabirabad rayon polis şöbəsinin  istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.