İran beş ölkədə günəş elektrik stansiyası quraşdırıb
11 avqust, 2013 19:24
İran mühəndisləri hazırlayıb və beş ölkədə günəş elektrik stansiyalarını quraşdırıblar.
ERtv Trend-ə istinadən xəbər verir ki, 1.2 MVt gücünə malik elektrik stansiyası İraqda quraşdırılıb.
Eyni gücə malik digər elektrik stansiya Səudiyyə Ərəbistanında quraşdırılıb. 5 MVt gücünə malik günəş elektrik stansiyaları, Pakistan, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində quraşdırılıb.
Bundan öncə iran şirkətinin yanacağa qənaət üzrə direktoru fevralda bildirib ki, evlərin elektrik enerjisi ilə təchizatı üçün günəş elektrik stansiyalarının istifadəsini genişləndirilməsi planlaşdırılır.