Azərbaycanda iyul ayında 1,8 milyard kilovatt-saata yaxın elektrik enerjisi istehsal olunub
11 avqust, 2013 19:15
Cari ilin iyul ayında ölkə enerji sistemində 1,8 milyard kilovatt-saata yaxın elektrik enerjisi istehsal olunub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən ERtv-yə verilən xəbərə görə, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Cari ilin ötən 6 ayında isə elektrik enerjisi üzrə istehsal 12,6 milyard kilovatt-saatdan artıq olub.