Geri çağrılmaq hüqununa malik olan birillik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
11 avqust, 2013 19:11
Avqustun 27-də Bakı Fond Birjasında BFB-də geri çağrılmaq hüqununa malik olan birillik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən ERtv-yə verilən xəbərə görə, istiqrazların ümumi həcmi 12 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2014-cü il avqustun 26-dır.