ATƏT Parlament Assambleyasının payız sessiyası Budvada keçiriləcək
11 avqust, 2013 18:41
ATƏT Parlament Assambleyasının payız sessiyası Monteneqronun Budva şəhərində keçiriləcək.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, sessiyada transmilli təhdidlərə və insan haqlarının pozulmasına qarşı mübarizədə ATƏT-in rolu əsas müzakirə məsələsi olacaq.
Üç gün davam edəcək sessiya çərçivəsində Aralıq dənizi Forumu, parlament konfransı və nümayəndə heyətləri rəhbərlərinin daimi komitəsinin toplantıları da keçiriləcəkdir.
Sessiyada Azərbaycan parlament nümayəndə heyəti iştirak edəcəkdir.