İtaliyanın baş naziri Enriko Letta Azərbaycana rəsmi səfərə gəlib
11 avqust, 2013 18:39
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta avqustun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
ERtv xəbər evrir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Respublikası Nazirlər Şurasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Hava limanının ali qonaqlar üçün salonunda İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.