17 yaşadək futbolçularımız qələbə qazandılar
10 avqust, 2013 17:12
U-17 yığmamız yoxlama oyununda qalib gəlib.
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.
ERtv-nin AFFA-ya istinadən verdiyi xəbərə görə, “Neftçi" klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.
Qolları Roman Hüseynov, Umar Akmurzayev, Elnur Cəfərov və Fərid Kərimzadə vurublar.