Xəbərlər

“O”-na gedən Yol...” adlı tasavvuf konserti keçirilib
10 avqust, 2013 17:09

Müqəddəs Ramazan bayramı münasibəti ilə şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün tasavvuf konserti keçirilib.

ERtv-nin məlumatına görə, əməkdar artist Tünzalə Ağayevanın “O”-na gedən Yol...” adlı konsert proqramı millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Proqramın açılışında çıxış edən millət vəkiliQ.Paşayeva bütün azərbaycanlıları, müsəlman dünyasını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara bütün dualarına çatmalarını diləyib.

O, bu konsertin şəhid ailələri, Milli Qəhrəman ailələri, qaçqın və məcburi köçkünlər üçün təşkil edildiyini vurğulayaraq torpaqlarımız uğrunda canını, sağlamlığını qurban vermiş bütün şəhid və qazilərimizin qarşısında baş əyir, onları hər zaman şükranla xatırlayırıq və xatırlayacağıq deyib.

T.Ağayevayanın ötən il də “Bir dünya istəyirəm...” adlı möhtəşəm tasavvuf konsertinin keçirildiyini xatırladan Q.Paşayeva T.Ağayevanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Sonra alqışlar altında səhnəyə əməkdar artist T.Ağayeva və “Hicaz” qrupu daxil olub. Hər kəsi Ramazan bayramı münasibəti ilə təbrik edən T.Ağayeva konsertin açılışını sözləri millət vəkili Q.Paşayevaya, musiqisi özünə aid olan “Qapını aç bu quluna, ey Rəbbim!” mahnısını ilk dəfə tamaşaçılara təqdim edib.

Hər bir insanı düşünməyə, saflaşmağa, xətalarından tövbə etməyə, özünü və Yaradanı dərk etməyə, Ona gedən Yola səsləyən “Qapını aç bu quluna, ey Rəbbim!”i tamaşaçılar alqışlarla qarşılayıb.

Bundan sonra T.Ağayeva digər yeni bir mahnısını sözləri ölməz Hüseyn Cavidə aid olan əsəri ifa edib. Əsər böyük maraq və alqışlarla qarşılanıb. Sözləri millət vəkili Q.Paşayeva musiqisi T.Ağayevaya aid olan “Şəhidim”, ”Bir dünya istəyirəm...”, Aşıq Veysəl yaradıcılığından “Uzun incə bir yoldayam...”, Barış Manço repertuarından “Gülpəmbə” kimi əsərlər də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Sonra konsertin sürprizi tamaşaçılara açıqlanıb və Tünzalə xanım səhnəyə xalq artisti Nəzakət Teymurovanı dəvət edib və hər iki sənətçi duet şəklində tamaşaçılar tərəfindən alqışlarla qarşılanan 3 əsər ifa ediblər.

Mirvarid Dilbazinin əsəri, böyük Nəsimidən “Dua” və Pir Sultan Abdaldan “Demədimmi...” əsərləri iki sənətçinin duet şəklində möhtəşəm ifası ilə tamaşaçıların zövqünü oxşayıb və alqışlarla qarşılanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.