Xəbərlər

Ön cəbhədə Ramazan bayramı qeyd edilib
10 avqust, 2013 17:07

Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib.

ERtv xəbər verir ki, əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva onları Ramazan bayramı münasibətilə təbrik edib və Ramazan ayının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir əsgər və hərbçilərimizə dualarına çatmalarını diləyib.

Millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik”.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib. Daha sonra Qənirə Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar  təqdim ediblər. Sonra hərbi hissənin rəhbəri polkovnik Mais Bərxudarov çıxış edib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

Millət vəkili Qənirə Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov əsgərlərlə nahar ediblər.

Sonda tədbir bədii hissə və Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan və istedadlı gənc sənətçi ƏbdülXalidin iştirakı ilə konsert proqramı ilə davam edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.