Kənd təsərrüfatı istehsalçılarına 225 min manat yardım veriləcək
10 avqust, 2013 16:46
Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin “ Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası davam etdirilir.
Rayon İcra Hakimiyyətindən ERtv-yə verilən məlumata əsasən, 2302 nəfər istehsalçıya becərdikləri 563 hektar əkin sahəsinə görə 225214 manat yardım hesablanaraq sənədlər respublika komissiyasına təqdim edilib.
Eyni zamanda kənd təsərrüfatı istehsalçılarının texniki tələbatının ödənilməsi üçün 486,5 ton azot gübrəsi gətirilməklə 50 faiz güzəştlə satılması təmin olunub. Rayonda “Aqroservis” filialı üçün anbar binaları tikilib ki, bu da gələcəkdə istehsalçılara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verəcək.