Birinci altı ay ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əsaslı xərclərə 26 milyon dollar vəsait xərclənib.
Bu barədə ERtv “BP-Azerbaijan” şirkətinə əsasən məlumat verir.
Bütün il üçün BTC üzrə əsaslı xərclərin 97 milyon dollar olması planlaşdırılır.
BTC Ko-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.
Martın 28-də ONGC Videş Limitid (OVL) şirkəti Hess (BTC) Limitid şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında Hess (BTC) Limitid şirkəti ONGC (BTC) Limitid şirkəti ilə əvəzlənib.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” yataqlarının neftini və “Şahdəniz” yatağının kondensatını daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.