Gömrük orqanları büdcə ödənişini 15% artırıb
10 avqust, 2013 16:37
İyul ayı ərzində gömrük orqanlarından dövlət büdcəsinə 124,156 milyon manat vəsait daxil olub.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni ayından 15%, bu ilin iyun ayından isə 6% artıqdır.
Ötən ay gömrük orqanlarından büdcəyə köçürülən vəsaitin 66%-i və yaxud 82, 730 milyon manatı əlavə dəyər vergisinin (ƏDV) payına düşüb.
İyul ayında gömrük rüsumu üzrə büdcəyə daxil olan məbləğ 27,748 milyon manat təşkil edib.
Ötən ay aksizlər üzə 11,876 milyon manat, yol vergisi üzrə isə 1,8 milyon manat vəsait büdcəyə köçürülüb.