Əli Kərimli Milli Şuranın vahid namizədliyinə iddia “siqnal”ı verdi
10 avqust, 2013 16:26
Xalq Cəbhəsi Partiyası (AXCP) Məclisinin iclasında çıxış edən Əli Kərimli partiyasının və özünün prezident seçkilərində iştirakından danışıb.
ERtv müsavat.com portalına istinadən xəbər verir ki, Ə.Kərimli çıxışında özünün Milli Şuranın vahid namizədi olmaq ehtimalına da toxunub:
“Partiya bu seçkidə özünün iştirakı ilə bağlı da məsələni nəzərdən keçirməlidir.
Mən hesab edirəm ki, AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər”.
AXCP sədrinin prezident seçkilərində mümkün iştirakı məsələləsini gündəmə gətirməsi bu partiyanın da təmsil olunduğu Milli Şurada yaranmış qeyri-müəyyənliklə izah olunur.