Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyevin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşü haqqında məlumat yayılıb.
ERtv Modern.az-a istinadən xəbər verir ki, eks-spiker rusiyalı diplomatla görüşdə rəsmi Moskvadan siyasi dəstək istəyib:
“R.Quliyev Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirəcəyini və Kremlin Azərbaycanda və Cənubi Qafqazdakı geopolitik iştirakını gücləndirəcəyini vəd edib.
Prezident seçiləcəyi təqdirdə R.Quliyev Dağlıq Qarabağ münaqişəsinin həll üçün Rusiyanın maraqları və tövsiyyələri əsasında həll edəcəyini bildirib.
Görüş zamanı R.Quliyev Rusiya XİN rəhbəri Sergey Lavrova müraciət göndərib. Müraciətində eks-spiker Lavrova yazıb ki, Rusiya hakimiyyəti və dövlət orqanları ilə əməkdaşlığa hazırdır. O, seçkilərdə Putinin siyasi dəstəyini xahiş edib”.
R.Quliyevin Rusiya xarici işlər nazirinə müraciətində onunla görüşmək niyyətini açıqlayıb:
“1993-96-ci illlərdə mən parlament sədri ikən Rusiya rəhəbərliyi ilə görüşmüşəm və Federasiya Şurasının deputatları qarşısında çıxış etmişəm. 2003-cü ildə Moskvada olarkən bir sıra yüksək rütbəli şəxslərlə görüşlər keçirmişəm. Mən bu məsələləi sizinlə görüş zamanı müzakirə etməyə şad olardım”.
“Azadlıq” radiosu Rusiyanın ABŞ-dakı səfiri ilə görüşün detallarını dəqiqləşdirə bilib. Radio R.Quliyevin Rusiya XİN-in rəhbərinə müraciətinin surətini əldə edib. Yaxın günlərdə bu müraciəti yayımlayacaqlarını bildiriblər.