Bayram sovqatı paylanılıb
09 avqust, 2013 20:53
Müqəddəs Ramazan bayramı münasibətilə Qax rayonunda xeyriyyə aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətindən ERtv-yə verilən məlumata əsasən, icra sturukturunun əməkdaşları oruc tutan imkansız insanlarla görüşüb, onları əziz bayram münasibətilə təbrik ediblər.
Hər bir ailəyə səadət və sevinc dolu günlər arzulayan əməkdaşlar oruc tutan imkansız vətəndaşlara, aztəminatlı ailələrə ərzaq yardımından ibarət bayram sovqatını təqdim edib.
Bayram sovqatı alan sakinlər xeyriyyə aksiyasını təşkil edənlərə minnətdarlıqlarını bildiriblər.