İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 3-cü iclası keçiriləcək
09 avqust, 2013 20:48
Avqustun 20-21-də Qırğızıstanın İssık-Kul vilayətində bu ölkənin İqtisadiyyat Universitetinin təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 3-ci iclası keçiriləcəkdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, iclasda İƏT-ə üzv ölkələrdə aparılan iqtisadi tədqiqatların və hazırda icrası davam edən layihələr üzrə hesabatlar dinləniləcək, yeni layihə təklifləri müzakirə olunacaqdır.
İclasda, həmçinin protokol qaydalarına uyğun olaraq, Daimi İşçi Qrupuna sədrlik İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutundan Qırğızıstanın İqtisadiyyat Universitetinə keçəcəkdir.