Xəbərlər

İğdırda Ramazan bayramı münasibəti ilə möhtəşəm “Azərbaycan-Türkiyə Kültür Gecəsi” keçirilib
08 avqust, 2013 19:24

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu və İğdırda fəaliyyət göstərən İğdır Genc Girişimçiler Kurulunun təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə ötən axşam Türkiyənin İğdır vilayətində möhtəşəm “Azərbaycan-Türkiyə Kültür Gecəsi” keçirilib.

ERtv xəbər verir ki, tədbir  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun həyata keçirdiyi  “Qarabağdan Anadoluya  könül  körpüsü”  layihəsi çərçivəsində baş tutub. İğdırlılar tərəfindən böyük maraq və sevgi ilə qarşılalanan və çoxlu sayra insanın iştirak etdiyi gecənin aşılış mərasiminin açılışında İğdır Genc Girişimçiler Kurulunun başqanı Nizamıddin Taşbağ və millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva çıxış ediblər.

Bütün İğdırlıları, Türkiyə vətəndaşlarını, müsəlman dünyasını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva onlara bütün dualarına çatmalarını diləyib. “Mən ilk öncə Azərbaycanlıların, dəyərli qardaş və bacılarınızın salam və təbriklərini sizə çatdırmaq istəyirəm.

Bizim hamımızın dualarımızda  ölkələrimiz gözəl Azərbaycan və Türkiyə, onun stabilliyi, daha da inkişafı, millətimizlə bağlı ən gözəl arzular xüsusi yer tutub. Hamımıza bu istiqamətdə dualarımıza çatmağımızı diləyirəm. Bu gün Ramazan bayramını birlik və bərabərlik içində İğdırda qarşılayırıq. Bu Azərbaycan və Türkiyə olaraq bizim qardaşlığımızı, birliyimizi, bərabərliyimizi göstərir.  İnşallah bu birlik və bərabərlik bundan sonra daha da güclənər”.   

"Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, - deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. Torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olması səbəbindən bayramları tam bayram dadında yaşaya bilmirik deyən millət vəkili, Tədbir  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva "İnşallah gələn tədbiri və bayramı birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək", - deyib.
 
Sonra  alqışlar  altında səhnəyə Azərbaycanın sənət insanları çıxışlar və möhtəşəm konsert proqramı ilə çıxış ediblər. “Azərbaycann-Türkiyə  Kültür  Gecəsində” Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova, onun  rəhbərlik  etdiyi  “Bülbüllər” qrupu və gənc ifaçı Aynişan Quliyeva geniş konsert proqramı  ilə iğdırlılar qarşısında saatlarla alqışlar altında çıxış ediblər. Konsert proqramı İğdırlıların istəyi ilə gecənin gec saatlarına qədər davam edib.

Bunun  İğdırda bir ilk  olduğunu  deyən  İğdırlıları bu kimi əsil Azərbaycan müsiqisi və mədəniyyətini əks etdirən tədbirlərə böyük ehtiyac olduğunu bildirərək belə proqramların davamlı olmasını arzu etdiklərini bildiriblər. Onlar Ramazan bayramında Azərbaycan tərəfindən belə bir hədiyyə və təbrikə görə öz təşəkkürlərini bildiriblər və Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovadan daha bir konsert verəcəyi vədini alıblar.  Məhşur  pianoçu  Natiq  Rzazadənin  rəhbərlik etdiyi musiqiçilər qrupunun ifaları  İğdırlılar tərəfindən böyük alqışlar qazanıb. Qeyd edək ki, İğdır vilayəti  Türkiyədə  Azərbaycan  türklərinin ən sıx yaşadığı bölgədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.