Necdet Ünivar Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
08 avqust, 2013 19:19
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünivar Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
ERtv xəbər verir ki, təbrikdə bildirilir ki, Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir:
“Dünya müsəlmanlarını, o cümlədən azərbaycanlı qardaşlarımızı müqəddəs Ramazan ayı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olmasını diləyirəm: “Uca Yaradan öz mərhəmətini Azərbaycan xalqından əsirgəməsin”.