Birinci yarım ildə AÇG-nin “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri” və “Dərinsulu Günəşli” platformalarından birlikdə gündə orta hesabla 672 000 barrel (b/g) (və ya ümumilikdə altı ay ərzində 122 milyon barrel, yəni 16,4 milyon ton) neft hasil edilib.
ERtv-nin bp-nin biznes əməliyyatları hesabatına istinadən verdiyi xəbərə görə, ikinci rübün sonunda şirkətin ümumilikdə AÇG-də 72 hasilat quyusu və 31 injektor quyusu istismarda olub.
2013-cü ilin birinci yarısı ərzində AÇG layihəsinə 374 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 331 milyon dollar əsaslı məsrəflər xərclənib. Bütün il üçün AÇG əməliyyatlarına 758 milyon dollar əməliyyat məsrəfləri və 2 milyard 514 milyon dollar əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.
AÇG-də iştirak payla-rı: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).