Ronaldu 112 milyon dollara “Real”da qaldı
07 avqust, 2013 20:16
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Madridin “Real” klubu ilə olan müqaviləsini 2018-ci ilədək uzadıb.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalının məvacibi mövsümə 17 milyon avro təşkil edəcək.
Kriştianu ümumilikdə beş il ərzində 112 milyon dollardan çox pul qazanacaq.
“Marca” yazır ki, Ronaldu İspaniya çempionatının ən yüksək ödənişli futbolçusuna çevrilib. İndi Kriştianu dünya üzrə yalnız Mahaçqala “Anji”də mövsümə 20 milyon avro alan Samuel Etodan geri qalır. Bundan əlavə, portuqaliyalı obrazından kommersiya məqsədləri ilə istifadəyə görə də payını artırmağa nail olub. İndi onun pay hissəsi 60 faiz təşkil edir.