2 aylıq körpəni 100 dollara satışa çıxardı
07 avqust, 2013 19:55
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən geyim mağazalarından birində işləyən Paul Marquez bir yerdə yaşadığı sevgilisinin yeni dünyaya gələn qız övladını satışa çıxarıb.
Qiyməti isə 100 dollar məbləğində müəyyənləşdirib.
Paul bu addımı sevgilisinin bütün günü işdə olması, onunla lazımınca maraqlanmaması səbəbindən atdığını deyib. O, “Craiglist” elan qəzetində uşağın fotosunu yerləşdirib və onu istəmədiyini, satmaq niyyətində olduğunu yazıb. Uşağa 100 dollar qiymət qoyan Paul edilən şikayətlər nəticəsində həbs olunub.
Paul Marqezin barəsində “Körpənin həyatını təhlükəyə atmaq və işgəncə” maddəsi ilə ittiham edilir. Onu bir il müddətinə həbs cəzası gözləyir.