İranda qaz xətti partlayıb
07 avqust, 2013 19:53
İranın Xuzestan vilayətində Mahşehr-Əhvaz avtomobil magistralının kənarından keçən qaz boru xəttində partlayış baş verib.
ERtv-nin verdiyi xəbərə görə, məlumatı yerli KİV-lər yayıb.
Yayılan rəsmi məlumata görə, partlayış yerində güclü yanğın baş verib.
Qeyd edək ki, bu xətt “Marun” neft və kimya zavodunu təbii qazla təmin edirdi. Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvələr cəlb edilib.
Araşdırmalar gedir.