Pakistanda 13 sərnişin güllələndi
07 avqust, 2013 19:52
Pakistanın cənubunda yerləşən Bəlucistan əyalətində ekstremistlər Kvetta şəhərindən Pəncab əyalətinə istiqamət alan 13 sərnişini güllələyiblər.
ERtv İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Avtomat və qumbaraatanlarla silahlanmış ekstremist qrup sərnişin avtobusuna hücum edib.
Polis təqibindən qaçan silahlılar sərnişinləri avtobusdan çıxardaraq güllələyiblər və naməlum istiqamətdə yoxa çıxıblar. Hadisə ilə bağlı məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” separatçı qruplaşması öz üzərinə götürüb.