Avqustun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 561 750-ə çatıb.
ERtv-nin SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bunların da 1 542 742-i əhali, 19 008-i isə qeyri-əhali abonentidir.
Həmin abonentlərin 679 440-ı Bakı şəhəri (669 648 əhali, 9792 qeyri-əhali abonenti), 882 310-u isə regionların (873 094 əhali, 9216 qeyri-əhali abonenti) payına düşür. Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə abonentlərin sayı 77 981 ədəd artıb.
Ümumilikdə, 1 561 635 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunun da 1 542 627-i əhali (99,99 faiz), 19 008-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, Bakı şəhəri üzrə 669 547 əhali abonenti (99,98 faiz), 9792 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 873 080 əhali abonenti (100 faiz) və 9216 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 679 339 abonent (99,99 faiz), regionlar üzrə isə 882 296 abonent (100 faiz) sayğaclaşdırılıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı