İyulda Ceyhan limanından 2,4 milyon ton neft dünya bazarlarına çıxarılıb
07 avqust, 2013 19:46
İyul ayı ərzində 2 milyon 448 min 233 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
ERtv-nin SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 791 min 146 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 17 milyon 452 min 251 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 221 milyon 119 min 205 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.