Xəbərlər

AVCİYA-nın həyata keçirdiyi seçkiqabağı monitorinq üzrə növbəti hesabat açıqlanıb
07 avqust, 2013 19:44

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) apardığı monitorinqin iyul ayı üçün nəticələrinə dair bülletenini təqdim edib.

ERtv-nin xəbərinə görə, AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu məqsədlə təşkil olunan tədbirdə həyata keçirdikləri monitorinq haqda ətraflı məlumat verib.

M.Zülfüqarlı ölkədə seçkiqabağı durumun dəyərləndirilməsinə həsr olunmuş monitorinqin 4 istiqaməti nəzərdə tutduğunu qeyd edib:

I mərhələ - seçki öncəsi mühitin monitorinqi

II mərhələ - namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası və qeydiyyatdan keçmə mərhələsinin monitorinqi

III mərhələ - prezidentliyə namizədlərin seçkiqabağı kampaniyalarının monitorinqi

IV mərhələ - seçki gününün monitorinqi.

AVCİYA təmsilçisinin sözlərinə görə, hazırda bu istiqamətlərdən I mərhələ üzrə monitorinq başa çatdırılıb. M.Zülfüqarlı bu mərhələdə monitorinqi aparılan 12 qəzetin (“Azərbaycan”, “Xalq” “Azadlıq”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Bizim yol”, “Xalq cəbhəsi”, “Ayna-Zerkalo”, “525-ci qəzet”, “Ədalət”, “Səs” və “Həftə içi”) iyul ayında seçki mövzusunda dərc etdikləri materialların sayında artım olduğunu deyib:

“İyun ayı ilə müqayisədə ötən ay bu qəzetlər seçki mövzusuna daha çox diqqət yetiriblər. Rəqəmlərlə ifadə etsək, iyul ayında seçki mövzusuna dair dərc edilən materiallar iyun ayındakına nisbətən 10,27 faiz çox olub. Bununla belə, bu rəqəm may ayı ilə müqayisədə aşağıdır”.

M.Zülfüqarlının sözlərinə görə, bu qəzetlərdə dərc edilən seçkilərə dair materiallar müxtəlif məzmunda, o cümlədən, təbliğat və əks-təbliğat xarakterli olub.

O, əlavə edib ki, artıq prezident seçkilərinin günü təyin edildiyindən, bu aydan etibarən mətbuatda seçki mövzusunun daha intensiv işıqlandırılacağı şübhə doğurmur.

AVCİYA-nın qərargah rəisi bu aydan etibarən ölkənin regionlarında seçki fəallığının artırılmasına xidmət edən tədbirlər və müşahidəçilər üçün treninqlər təşkil olunacağını deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.