“Yeni Müsavat” qəzetini baş redaktoru, Müsavat Partiyasının tanınmış simalarından olan Rauf Arifoğlu “Facebook” sosial şəbəkəsində öz şəxsi profilində konkret ad çəkməsə də, ekspertlərin fikrincə AXCP sədri Əli Kərimlini nəzərdə tutaraq, onun ünvanına çox kəskin ifadələr səsləndirib.
ERtv-nin verdiyi məlumata gör, öz statusunda baş yazar qeyd edib ki, biri var, yenə qaşınır.
“İtini-pişiyini, zombilərini üstümüzə qısqırdıb... Üç seçkidi doğru bilib yapdığı ancaq və ancaq yanlış olur, fəlakət gətirir, düşərgəni iflic edir, bölür, parçalayır. Amma nə olsun, bəhanəsi var”- deyə, qeyd edən R.Arifoğlunun yazdığına görə, həmin şəxs “Yeni Müsavat”ı, Musavat Partiyasını suçlatdırır, çamur atdırır, hər kəsi xəyanətkar elan edib, durur kənarda.
“Mən həyatım boyu bunca həyasız birisini görmədim. Rüşvət alıb, hansı məmurları qoruduğunu, əlinin kimlərin cibindən çıxdığını yazacam, yenə ara qarışacaq... Özü də bilir ki, nələri bilirəm...” - deyə, R.Arifoğlu sonra sözlərinə əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə AXCP sədri Ə.Kərimli öz statusunda Milli Şuranı və onun vahid namizədi Rüstəm İbrahimbəyovu hədəf alan bəzi müttəfiqlərini sərt ifadələrlə tənqid etmiş, suçlamışdı.