Xəbərlər

Nazir: Azərbaycan bir çox halda beynəlxalq hüququn norma və prinsiplərinin yanlış təfsirindən narahatdır
07 avqust, 2013 19:41

Azərbaycan bir çox halda beynəlxalq hüququn norma və prinsiplərinin yanlış təfsiri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əhəmiyyətinin azaldılması cəhdlərindən narahatdır.

ERtv xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və subregional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda keçiriləcək açıq müzakirələrdə çıxışı zamanı deyib.

E.Məmmədyarov deyib ki, Azərbaycan işğaldan və genişmiqyaslı etnik təmizlikdən əziyyət çəkən ölkə kimi regional və subregional təşkilatların fərdi məsuliyyət prinsipinə töhfəsini qəti şəkildə dəstəkləyib.

XİN rəhbəri bildirib ki, təşkilatın bütün üzvlərinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə münasibətdə təşkilatın Nizamnaməsində əksini tapmış öhdəliklərə ciddi əməl etməsi çox vacibdir. Nazir bəyan edib ki, silahlı münaqişələrin sülh yolu ilə həlli beynəlxalq hüquq əsasında həyata keçirilməlidir.

O, həmçinin BMT ilə regional tərəfdaşlar arasında əməkdaşlığın möhkəmlənməsi, eyni zamanda Afrika İttifaqının son on illikdə artan rolundan, Ərəb Dövlətləri Liqasının regionda sülhün, təhlükəsizliyin və sabitliyin təşfiqində aparıcı rol oynamağa qadir olmasından söz açıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.