Xəbərlər

Litvalı pianoçu: “Qəbələdəki günlərimi heç vaxt unutmayacağam”
06 avqust, 2013 19:13

İyulun 24-də Qəbələdə start götürən V Beynəlxalq Musiqi Festivalı davam edir.

ERtv xəbər verir ki, festivalın iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, tanınmış litvalı pianoçu Muza Rubatskite bu tədbirin tamaşaçıların qəlbində silinməz iz buraxacağını deyib:

“Qəbələ Qafqazın İsveçrəsidir. Belə bir möhtəşəm tədbirdən dolayı təşkilatçılara minnətdaram. İnsanlar çox səmimi və qonaqpərvərdirlər. Sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım.

Bu, Qəbələyə ilk gəlişimdir. Buradakı günlərimi heç vaxt unutmayacağam. Gözəl təbiəti olan Qəbələdə klassik musiqi insanda xoş ovqat yaradır. Qəbələ festivalına uzun illər və daha böyük uğurlar arzu edirəm. İnanıram ki, hələ uzun müddət musiqisevərlər bu festivaldan zövq alacaqlar. Burada musiqinin müxtəlif janrları təbliğ olunur. Konsertimiz gözəl keçdi və musiqi duyumu yüksək olan auditoriyanın mənə isti münasibətindən çox məmnunam”.

Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə baş tutur.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.