“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi, Bakı Film İnstitutu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İlin gənc kinematoqrafı” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.
ERtv xəbər verir ki, müsabiqəyə gənclər tərəfindən 26 bədii, 10 sənədli, 4 animasiya filmi göndərilib.
Seçim komitəsi peşəkar kino xadimlərdən təşkil olunan müsabiqənin münsiflər heyətinin diqqətinə 15 film təqdim edib. Kinorejissor Elxan Cəfərov, yazıçı Şərif Ağayar, kinoşünas Aygün Aslanlıdan ibarət olan münsiflər heyəti qalibləri məhz 15 filmin arasından seçib.
“Ən yaxşı gənc rejissor” - Emin Əfəndiyev (“Yuva” filmi), “Ən yaxşı gənc ssenarist” – Möhsün Quliyev (“Piyada” filmi), “Ən yaxşı gənc operator” - Rauf Qurbanəliyev (“Paradoks” filmi), “Ən yaxşı gənc prodüser” - Elnur Əliyev (“Alınmaz qalanın qəhrəmanları”), “Ən yaxşı film musiqi müəllifi” - Firudin Allahverdiyev (“Yuva” filmi), “Ən yaxşı animasiya filmi” - “13” (rejissor İlkin Yusif), “Ən yaxşı sənədli film” - “Neft adamı” (rejissor Seyran Mahmudoğlu), “Ən yaxşı bədii film” - “Mayak” (rejissor Fariz Əhmədov) seçilib. Amma ilin “Ən yaxşı gənc səs rejissoru” adı heç kimə qismət olmayıb.
Qeyd edək ki, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin “Xüsusi mükafatı” “Səssiz opera” filminə görə Rza Əsgərova təqdim edilib.
Mərasimdə həmçinin Bakı Film İnstitutunun məzunlarına diplomlar təqdim edilib, onlara yaradıcılıq uğurları arzulanıb.
“Çanta Trio” və “İnci” qızlar ansambllarının maraqlı əyləncə və musiqi nömrələri isə tədbiri daha da rəngarəng edib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı