Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ERtv-nin bölgə müxbirinə Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Quba-Qusar yolunun 2-ci kilometrliyində, Quba rayonunun Dağlı kəndi ərazisində qeydə alınıb.
1984-cü il təvəllüdlü Qusar sakini Hüseynov Ramin Muxtar oğlu idarə etdiyi 90-RB-338 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobillə idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı qoz ağacına çırpılıb.
Nəticədə sürücü Ramin Hüseynov hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Mehdiyev Elbrus Əlövsət oğlu isə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı