Xəbərlər

Dövlət Məşğulluq Xidmətinin tədbirləri nəticəsində 6 ayda 13777 nəfər işlə təmin edilib
06 avqust, 2013 19:07

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticəsi olaraq, cari ilin 6 ayında 13777 nəfər vətəndaş münasib işlə təmin edilib.

ERtv-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə birinci yarımildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Həmçinin məşğulluq tədbirləri nəticəsində bu müddətdə peşə hazırlığı kurslarına 1 887 nəfər cəlb olunub. 1 918 nəfər isə Əmək Birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilib.

Qeyd olunan müddətdə 4 423 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 8 054 halda qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. 355 421 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 324 732 manat gecikdirilmiş əmək haqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 16 nəfərin əvvəlki işinə bərpa olunması, 5 096 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib.

Cari ilin 1 iyul tarixinə respublikada 531 885 nəfəri əhatə edən 120 904 ailənin hər birinə ayda orta hesabla təxminən 120 manat olmaqla ünvanlı yardım verilir.

İclasda məlumat verilib ki, ehtiyac meyarının məbləği isə 2006-ci ildəki 30 manatla müqayisədə son 6 ildə təxminən 3,1 dəfə artırılaraq 93 manata çatdırılıb.

1998-ci ildən 2012-ci ilin dekabr ayınadək Respublikamıza əlillər üçün cəmi 3526 ədəd avtomobil alınıb gətirilib və imtiyazlı əlillər arasında paylanıb. Bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək.

Yaşadıqları bölgələrdə vətəndaşların qəbulu, müraciətlərinin özlərinin iştirakı ilə araşdırılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir. Qeyd olunan dövrdə nazir Fizuli Ələkbərov tərəfindən nazirlikdə və respublikanın rayonlarında (Xaçmaz, Şabran, Qax, Ağstafa və Lənkəran rayonlarında) 13 vətəndaş qəbulu keçirilib, 500 nəfərədən artıq vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib, müraciətlərlə bağlı konkret tədbirlər görülüb. Vətəndaş qəbulları zamanı müraciətlərin araşdırılması ilə yanaşı, aztəminatlı ailələrin gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmaq üçün malik olduqları potensiallar da ətraflı öyrənilib.

Kollegiya iclasında görülən işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə edilib və sonda nazirliyin Kollegiyası tərəfindən 2013-cü ilin ikinci yarısı üçün Tədbirlər Planı təsdiq edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.