Amsterdamda polis 7 ton avronu müsadirə edib
06 avqust, 2013 18:48
Təxminən 700 min avro məbləğində olan 7 ton nağd pul Amsterdam polisi tərəfindən aşkarlanıb.
ERtv-nin İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları avro əskinazları iki kişidən müsadirə ediblər. Onlar narkotik ticarətindən qazanılan pulların yuyulmasında ittiham olunurlar.
Məlumatı ölkənin hüquq-mühafizə orqanları yayıb.
Məlumata əsasən, həmin şəxslərdən biri olan kolumbiyalı Parisə yola düşəcək olan “Talis” sürət qatarına minib aradan çıxmaq istəyərkən yaxalanıb. Onun üzərində 13 min nağd avro olub. Digər şəxsin – pakistanlının evində axtarış aparan polislər isə orada nə az, nə də çox – 680 min nağd avro aşkarlayıblar.
Araşdırmalar davam edir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı