ABŞ-ın ATƏT in Minsk qrupuna təyin etdiyi yeni həmsədr Ceyms Uorliki çox təcrübəli bir diplomatdır.
ERtv xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Minsk qrupuna yeni həmsədrin təyinatına münasibət bildirərkən deyib.
Səfir deyib ki, o Dövlət Departamentində Əfqanıstan bürosunun direktor müavini vəzitəsində işlərib, Birləşmiş Ştatların Bolqarıstanda səfiri olub.
“Yəni o, çox təcrübəli vəbacarıqlı diplomatdır”.
R.Morninqstar deyib ki, mən onunla çiyin-çiyinə, birgə çalışmışam.
“Bilirəm ki, o çox yaxşı həmsədr olacaq, öz işini məharətlə yerinə yetirəcək”.
Səfir yeni təyinatın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir göstərəcəyinə də toxunub və deyib ki, rəsmi Vaşinqton müsbət dəyişikliklərin olmasını istəyir.
“Bizim bütün səylərimiz ona yönəldilib ki, bu münaqişə sülh yolu ilə və birdəfəlik nizamlansın”.
Səfir bildirib ki, yeni həmsədrin regiona səfərinin tarixi barədə dəqiq məlumat yoxdur, amma ümid edir ki, yaxın zamanlarda səfər baş tuta bilər.
Bu gün ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin ATƏT-in Minsk qrupuna həmsədr təyin edildiyini bəyan edib.
C.Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı