Qarşıdan prezident seçkiləri gəlir, ancaq əslində xalq öz seçimini on il bundan əvvəl - 2003-cü ildə edərək özünün Prezidentini seçib.
ERtv xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru Hadi Rəcəbli mətbuata açıqlamasında dilə gətirib.
Onun dediyinə görə, xalq İ.Əliyevə inanıb, güvənib.
“Möhtərəm Prezident xalqın inamını ləyaqətlə doğruldaraq 2008-ci ildə yenidən bu etimadı qazanıb. Azərbaycanın son on ildəki dinamik inkişafı beynəlxalq təşkilatlar və dünyanın inkişaf etmiş ölkələri tərəfindən də etiraf edilir” - deyən millət vəkili bildirib ki, bu gün Azərbaycan başdan-başa böyük quruculuq meydanına çevrilib, təkcə paytaxtda deyil, ən ucqar bölgələrdə də quruculuq işləri böyük vüsətlə gedir, o cümlədən, bölgələrdə yeni iş yerləri yaradılır, əhalinin sosial vəziyyəti gündən-günə yaxşılaşır.
H.Rəcəblinin qeyd etdiyinə görə, həyata keçirilən uğurlu daxili və xarici siyasət respublikamızın beynəlxalq aləmdə nüfuzunu artırır, Azərbaycan bu gün bölgədə əsas söz sahibi olan lider ölkələrdən biridir:
“Təbii ki, bütün bu uğurlar bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin sayəsində mümkün olmuşdur. Xalq da bu uğuru görür və qiymətləndirir. Və əminliklə demək olar ki, elə bu səbəbdən də 2013-cü ildə keçiriləcək prezident seçkilərində də kimə səs verəcəyini bilir – bu, İlham Əliyevdir.
Niyə məhz İlham Əliyev sualının cavabı isə hər kəsə gün kimi aydındır: son illərdə Azərbaycanda həyata keçirilən quruculuq işləri, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi bu işin təməlini qoyanın özü tərəfindən də davam etdirilməlidir, torpaqlarımızı erməni işğalından azad edərək qələbə paradını da məhz Prezident İlham Əliyev qəbul etməlidir”.
Millət vəkili deyib ki, cünki bu, onun danılmaz haqqıdır:
“Bir də ona görə ki, cənab İlham Əliyev daim xalqa arxalanır, xalqdan güc alır və Heydər Əliyev məktəbinin layiqli yetirməsi kimi bir az sonra qeyd edəcəyimiz bir sıra keyfiyyətləri ilə istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda böyük hörmət və nüfuz qazanıb.
İstər ölkə daxilində, istərsə də beynəlxalq görüşlərdə, müxtəlif tədbirlərdə hər kəsə qarşı ləyaqətlilik və təmkinlilik cənab İlham Əliyevin rəhbər obrazını tamamlayan keyfiyyətlərdəndir.
Bu keyfiyyətlər özünü xüsusilə də geniş xalq kütlələri ilə görüşdə, xalqın taleyi ilə bağlı hər hansı bir məsələyə operativ və obyektiv münasibət bildirməsində daha çox göstərir”.
YAP funksioneri eyni zamanda bildirib ki, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şəraitin yaradılması imkan verir ki, növbəti seçkilərdə də xalqımız özünün iradəsini ortaya qoyaraq düzgün seçimini etsin:
“Heç şübhəsiz, insanlar öz seçimlərini edərkən bu günün reallıqlarını nəzərə alıb qarşıdan gələn beş ildə də ölkənin inkişafını təmin edə biləcək liderə - İlham Əliyevə səs verəcəklər.
Günümüzün reallığı budur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir”.
Sonda “Rəy” Monitorinq Mərkəzinin sorğusuna, ölkə Prezidenti ilə Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov arasında böyük fərq çoxluğuna toxunan H.Rəcəbli bildirib ki, bunlar gözlənilən və əsil gerçəkliyi əks etdirən nəticələrdir.
“Bu, bir daha onu göstərir ki, cəmiyyət kimi dəstəkləyir, kimi müdafiə edir. Çünki cəmiyyətdə artıq radikalizmə yer və inam yoxdur. Radikallar özləri də bunu anlasa və etiraf etsə, ən azı özləri üçün faydası olar” - deyə, H.Rəcəbli sonda bildirib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı