Əhrar Partiyasının sədri və İctimai Palatanın üzvü Vaqif Hacıbəyli Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimlini şantaj və demaqoqluqda günahlandırıb.
ERtv modern.az portalına istinadən xəbər verir ki, V.Hacıbəyli AXCP sədrinin “müxalifətin torbasını tikdiyini” deyib:
“Əli Kərimlinin miskin bir durumda olduğunu, hətta Milli Şura və vahid namizəd ətrafında yaranmış şəraitə şərh vermək iqtidarında belə olmadığını bildirmişdim. Ətrafındakı bəzi “ağıllılar” anonim imzalarla cavab verdilər ki, Əli bəy müxalifətə yaxşı “torba tikib”, tərpənə bilmirlər.
Nəhayət onun özünün cari durumla bağlı şərhi bu gün məlum olub. Ənənəvi şantaj (onu tənqid edənlər pulla ələ alınıblar), demaqogiya (hər şeyi düz etmişik və bu səbəbdən iqtidar artıq şalvarını batırıb) və hikkə (indidən sonra da mən deyən olacaq).
Nə olsun? Nədir qazancın? Müsavat pis-yaxşı təbliğatını aparırdı, onları iflic etdiniz. Təriflədiyiniz Milli Şuranın hansı səmərəsi var?
İş o yerə çatıb ki, Rəsul Quliyev demokratik düşərgənin vahid namizədi olmaq iddiasına düşüb. Budurmu uğur? Üzərinə məsuliyyəti götürüb xalqı irticaya qarşı aparmaq iqtidarında olanları vaxtında hədəfə götürüb şantaj etdiniz, onlara arxadan zərbə vurdunuz, ətrafınızdakılar demişkən “torba tikdiniz”.
Məsuliyyəti üzərinizə götürüb xalqı arxanızca aparmağa özünüzdə siyasi cəsarətiniz olmadığından vəziyyətdən çıxış yolu kimi Rüstəm İbrahimbəyovu qabağa verdiniz, indi də siyasi məkrlərdən bixəbər olan bu adamın siyasi təcrübəsizliyindən istifadə edərək ona bu gün dediyi fikri sabah dəyişməyə vadar edərək müxalifətdaxili siyasi mübarizədə alətə çevirmək istəyirsiniz.
Bəs deyilmi bu oyunlar? Milli Şuranın antimüsavat siyasi kursunun bu qurumun siyasi nüfuzuna öldürücü siyasi təsir göstərdiyinin fərqində deyilsinizmi?”

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı