Xəbərlər

Bakıda “Ona gedən Yol...” adlı təsəvvüf konsert proqramı keçiriləcək
05 avqust, 2013 22:14

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın “Ona gedən Yol...” adlı təsəvvüf konsert proqramını təşkil edir.

ERtv xəbər verir ki, konsert müqəddəs Ramazan Bayramı münasibətilə şəhid ailələri, Milli Qəhrəman ailələri, qaçqın və məcburi köçkünlər və eləcə də musiqisevərlər üçündür.

Konsert proqramında T.Ağayevanın ruhları oxşayacaq, insanı düşünməyə çağıracaq təsəvvüf musiqisi yer alacaq. Konsertdə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Tünzalə xanıma aid olan yeni mahnı “Qapını aç bu quluna, ey Rəbbim!” ilk dəfə dinləyicilərə təqdim olunacaq. “Qapını aç bu quluna, ey Rəbbim!” hər bir insanı düşünməyə, saflaşmağa, xətalarından tövbə etməyə, özünü və Yaradanı dərk etməyə, Ona gedən Yola səsləyir.

Konsert proqramında T.Ağayeva Hüseyn Cavid, Mirvari Dilbazi şeirlərinə yazdığı yeni mahnılarını, böyük Nəsimidən “Dua” və yazdığı bir sıra məşhur əsərlərini və ayrıca türk dünyasında tanınan əsərləri səsləndirəcək. Konsertin xüsusi qonağı xalq artisti xanəndə Nəzakət Teymurovadır.

Tədbir 8 avqust tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.