Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri kimi bütün dünyaya səs salan V Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatmaqdadır.
ERtv xəbər verir ki, festivalın proqramına uyğun olaraq avqustun 4-də “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin növbəti konserti keçirilib.
Madrid Dövlət Uşaq Xorunun bədii rəhbəri Quintas Borjanın dirijorluğu ilə baş tutan konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestri Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
Orkestrin müşayiəti ilə Pyotr Çaykovskinin “Allegro brilliante”, “Andante non broppo”, “Allegro con fuoco”, Paul Dükanın “Sehrbazın şagirdi” əsərləri, eləcə də Moris Ravelin “Dafnis və Xloya” baletindən suitana təqdim olunub.
Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın gözəl çıxışı isə tamaşaçıların qəlbinə yol tapıb.
“Yeni Rusiya” Dövlət Simfonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş edib.
Qeyd edək ki, “Yeni Rusiya Dövlət Simfonik Orkestri 1990-cı ildə yaradılıb. 2010-cu ildə Rusiya Federasiyası Prezidentinin xüsusi mükafatına layiq görülərək orkestrin bədii rəhbəri Yuri Başmetdir.
Y.Başmetin rəhbərliyi dövründə orkestrin fəaliyyətində yeni səhifə açılaraq, onun konsert coğrafiyası və repertuarı genişlənib. Dünyanın bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış edən orkestr dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı