Xəbərlər

Baş pediatr: “Bəzi özəl tibb müəssisələri Səhiyyə Nazirliyinə təqdim etdikləri nizamnamələrini pozur”
05 avqust, 2013 22:07

Təəssüf ki, bəzi özəl tibb müəssisələri yaradıldıqdan çox az müddət keçməsinə baxmayaraq bir çox sahələrə sponsorluq, baş sponsorluq etməyə başlayırlar, əsassız reklamlara yol verirlər.

Bəziləri özünü klinik xəstəxanalar kimi qələmə verirlər ki, bunlar da həqiqəti əks etdirmir və əhali arasında haqlı narazılıqlar yaradırlar.

Yəni, əslində özü haqqında mənfi rəyi hər kəs özü yaradır və özü də bu haqda fikirləşməlidir.

ERtv-nin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev nazirlikdə yeni yaradılmış “Onlayn konfrans” vasitəsi ilə ünvanlanmış sualları cavablandırarkən deyib.

O bildirib ki, bəzi özəl tibb müəssisələri Səhiyyə Nazirliyinə təqdim etdikləri nizamnamələrini pozur, qanunsuz hərəkətlərə yol verir, əhali arasında narazılıq yaradırlar.

N.Quliyev qeyd edib ki, bu gün respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrində çalışan mütəxəssislərin böyük əksəriyyəti dövlət tibb müəssisələrində işləyənlər və ya vaxtilə işləmiş şəxslərdir:

“Mən burada heç bir ayrı-seçkiliyə əsas görmürəm. Tibbdə biznes işi ən çətin və daha çox vaxt tələb edən spesifik bir biznes sahəsidir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.