Litva diplomatlarının telefon danışıqlarının internetdə yerləşdirilməsi ola bilsin ki, Litvaya və onun Avropa İttifaqında sədrliyinə qarşı bir təxribatdır.
ERtv “Delfi” portalına istinadən xəbər verir ki, bu barədə Litva prezidenti Dalia Qribauskaytejurnalistlərə deyib.
Onun sözlərinə görə bu, Litva diplomatik xidməti üçün eyni zamanda həm ibrət dərsi, həm də daha intizamlı olmaq üçün həyəcan təbilidir
“Mən bu vəziyyətə iki tərəfdən yanaşa bilərəm. İlk növbədə bir təxribat olaraq bu söhbət ictimai müstəviyə çıxarıldı, amma o, ictimai deyildi.
Əslində, Litvaya və onun Avropa İttifaqında sədrliyinə qarşı bir təxribat idi, hansı ki, Litva “Şərq Tərəfdaşlığı” görüşünü hazırlayır, lent yazısında da orda iştirak edən ölkələrdən biri müzakirə olunur”.
Prezident deyib ki, təqdim olunan söhbətin məzmunu çox qeyri-peşəkardır:
“Əgər belə bir məzmun olmasa idi, bu cür bir təxribat davmı mümkün olmazdı. Digər tərəfdən, mən bunu çox qeyri-peşəkar və diplomatik xidmətin səriştəsizliyi kimi qiymətləndirərdim. Mən hesab edirəm ki, söhbətlərdən göründüyü kimi bu, onların intizamlı olması üçün bütün xidmətə nümunə olacaq”.
Qeyd edək ki, iyulun 8-də YouTube video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir.
Onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.
Litva Xarici İşlər Nazirliyi telefon danışıqlarının internetdə yayılması ilə bağlı yaranan qalmaqala görə Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın öz vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini aldığını təsdiqləyib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı