Xəbərlər

“Əl-Qaidə” amerikalıları qorxuya salıb
05 avqust, 2013 22:00

Birləşmiş Ştatlar “əl-Qaidə” terror təşkilatının Amerikanın xaricdə yerləşən obyektlərinə hücumlar hazırlamasından ehtiyatlanır.

ERtv İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Kəşfiyyat üzrə xüsusi komitələrinin üzvləri məlumat ötürüblər.

Onların məlumatına görə, terrorçular arasında məktublaşmada şübhəli fəallıq qeydə alınıb. Respublikaçı senatorlardan biri ABC telekanalına müsahibəsində bildirib ki, belə bir hal 11 sentyabr 2001-ci il tarixi ərəfəsində də müşahidə olunmuşdu və buna görə də, xüsusi həyəcan doğurur.

Ehtimal var ki, bu dəfə əsas təhlükə “əl-Qaidə”nin Ərəbistan yarımadasındakı nümayəndələri tərəfindən gözlənilir.

Bir müddət öncə ABŞ bir sıra İslam ölkələrindəki diplomatik nümayəndəliklərini bağlayıb. Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib ki, səfirliklər avqustun 10-dək bağlı qalacaq. Onun sözlərinə görə, 19 səfirlik və konsulluq bazar ertəsindən şənbə gününədək fəaliyyətini dayandıracaq. Bazar ertəsi 10 səfirlik isə fəaliyyətini bərpa edəcək.

Dövlət Departamentinin bəyanatına əsasən şənbə gününədək bağlı olacaq səfirlik və konsulluqlar: Əbu-Dabi və Dubay (BƏƏ), Əmman (İordaniya), Qahirə (Misir), Ər-Riyad, Ciddə, Dəhran (hər üçü Səudiyyə Ərəbistanı), Doha (Qətər), Əl-Küveyt (Küveyt), Manama (Bəhreyn), Məsqət (Oman), Səna (Yəmən), Tripoli (Liviya), Antananarivu (Madaqaskar), Bujumbura (Burundi), Cibuti (Cibuti), Xartum (Sudan), Kiqali (Ruanda) və Port-Lui (Mavrikiya).

Açılacaq səfirlik və konsulluqlar: Dəkkə (Banqladeş), Əlcəzair (Əlcəzair), Nuakşot (Mavritaniya), Kabil, Herat, Məzari-Şərif (hər üçün Əfqanıstan), həmçinin Bağdad, Bəsrə və Ərbil (İraq).

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.