SOCAR təyyarə yanacağı ixracını 24%-dək artırıb
05 avqust, 2013 21:55
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin iyul ayında 8 min 692 ton təyyarə yanacağı ixrac edib.
ERtv-nin şirkətə istinadən verdiyi xəbərə görə, ümumilikdə, yanvar-iyul ayları ərzində təyyarə yanacağı ixracı 87 min 438 ton olub.
2012-ci ilin iyul ayında isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 18 min 725 ton təyyarə yanacağı ixrac edib. Ümumilikdə, həmin ilin yanvar-iyul ayları ərzində 70 min 798 ton təyyarə yanacağı ixrac edilib.
2013-cü ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1000,26 dollar, təyyarə yanacağının - 953,13 dollar, dizel yanacağının - 904,65 dollar təşkil edib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı