Xəbərlər

ABŞ səfiri Azərbaycanda prezident seçkisi gününün təyin olunmasını alqışlayıb
05 avqust, 2013 21:51

ABŞ Azərbaycan hökumətinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən prezident seçkisinin 9 oktyabr 2013-cü il tarixində keçiriləcəyinin elan olunmasını alqışlayır.

ERtv xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bəyanatında deyilir.

“Mövsümünün fəal mərhələsinin başlandığını nəzərə alaraq, biz, Azərbaycan hökumətini xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırırıq.

Müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası olub. Biz, Azərbaycan rəsmilərinə müraciət edərək onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında üzərlərnə  götürdükləri öhdəlikləri yerinə yetirməyə, prezident seçkisi öncəsi və sonrası, sərbəst toplaşmaq, birləşmək və söz azadlıqlarına hörmət etməyə çağırırıq”.

Bəyanatda vurğulanır ki, səsvermə başladıqda pozuntu hallarının məhdudlaşdırılması məqsədilə MSK-a tərəfindən həyata keçirilən dairə seçki komissiyası rəhbərlərinin, seçicilərin və polisin öz hüquq və öhdəlikləri barədə maarifləndirilməsi fəaliyyəti bizi ruhlandırır.

“Bununla belə, azad və ədalətli seçkilər sadəcə seçki günü baş verənlərlə məhdudlaşmır. Seçki öncəsi qərəzsiz mühitin təmin olunması üçün Azərbaycan hökuməti bütün siyasi partiyaların və maraqlı  qrupların kütləvi informasiya vasitələrinə bərabər çıxışının olmasını, hər hansı müdaxilə olmadan ölkənin hər bir yerində seçki kampaniyası tədbirlərinin və müntəzəm partiya görüşlərinin keçirilməsi azadlığını təmin etməlidir”.

Açıqlamada həmçinin, Azərbaycan qarşıdan gələn seçkilərin monitorinqinin aparılması məqsədilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) rəsmi dəvətin təqdim olunması barədə verdiyi şifahi vədi yerinə yetirməyə çağırılır:

“Rəsmilər yerli seçki müşahidəçilərini qeydiyyata almalı və ölkənin hər yerində seçki fəaliyyətini sərbəst şəkildə və qanuna müvafiq formada izləməyə icazə verilməlidir. Hökumətin konstruktiv iştirakı, eləcə də sərbəst və dinc fikir mübadiləsi sayəsində bu prezident seçkiləri Azərbaycan cəmiyyətini gücləndirmək üçün imkan yaradır və beləliklə də Azərbaycanın gələcək sabitliyi ilə bağlı bizim ortaq maraqlarımızı daha da möhkəmləndirir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.